İQTİSADİYYAT
“DəmirBank” “Yığım” əmanətinin məbləğini artırdı
Bakı, 12 mart, AZƏRTAC
“DəmirBank” “Əmanət çeşidi” proqramı üzrə əhaliyə təklif edilən “Yığım” əmanətinin maksimal məbləğini artırdı. Belə ki, “Yığım” əmanəti üzrə maksimal məbləğ daha öncə 10 min manat idisə, hazırda bu məbləğ 20 min manat təşkil edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, istənilən şəxs minimum 10 manat ilkin mədaxil edərək bank filiallarında “Yığım” əmanət hesabı aça bilər. Maksimum 20 il müddətə açılan “Yığım” əmanətini manat və ya ABŞ dolları valyutasında yerləşdirmək mümkündür. Bununla yanaşı, əmanətin üzərinə istənilən vaxt əlavə məbləğ qoyula bilər. Əlavə olunan vəsaitin minimum məbləği isə məhdudiyyətsizdir. “Yığım” əmanət məbləği 20 min manat və ya ABŞ dollarını keçməməlidir, keçdiyi təqdirdə müştərinin istəyi əsasında yığılmış məbləğ “DəmirBank”ın digər müddətli depozit növlərindən birinə yerləşdirilə və ya götürülə bilər.
Ətraflı məlumatı, bankın Məlumat Mərkəzindən (012) 149
www.demirbank.az saytından və ya www.facebook.com/demirbank.az səhifəsindən əldə etmək olar.