İQTİSADİYYAT
“DəmirBank” bankomat vasitəsilə pul göndərmək xidmətini tətbiq etmişdir
Bakı, 6 iyul (AZƏRTAC). “DəmirBank” bankomat vasitəsilə “Cash by Code” – pul göndərmək xidmətini tətbiq etmişdir.
Bankdan AZƏRTAC-a bildirmişlər ki, yeni xidmət vasitəsilə “Visa plastik” kart sahibləri 5 manatdan 500 manatadək pul göndərə bilərlər. Bunun üçün bankomatda müvafiq “Cash by Code” bölməsini seçmək, pul alacaq şəxsin mobil telefon nömrəsini yazmaq və göndəriləcək məbləği qeyd etmək lazımdır.
Pulu alacaq müştəri 24 saat ərzində “MilliKart” sisteminə daxil olan və “Cash by Code” funksiyasını dəstəkləyən istənilən bankomatdan məbləği nağdılaşdıra bilər. Pul 24 saat ərzində nağdlaşdırılmasa, həmin məbləğ yenidən göndərən müştərinin hesabına qayıdır. Əməliyyat yalnız manatla aparılır və pul göndərən şəxsdən 1 faiz (minimum 1 manat) komissiya tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]