“DəmirBank” biznes kreditləri üzrə faiz dərəcələrini aşağı salıb
AzerTAg.az
Bakı, 19 avqust (AZƏRTAC). “DəmirBank” biznes kreditləri üzrə faiz dərəcələrini aşağı salıb. Artıq banka müraciət edən müştərilər 100 min manatadək biznes kreditlərini 4 faizədək illik faiz dərəcəsi endirimi ilə əldə edə bilərlər. Kreditin maksimum müddəti 36 aydır.
Bankdan AZƏRTAC-a bildirilib ki, “DəmirBank” mikro və kiçik biznes kreditləşdirilməsini genişləndirərək sahibkarlara sərfəli şərtlərlə kreditlər təklif edir. Bu günədək bankın mikro və kiçik biznes kreditlərindən istehsal, ticarət, xidmət, kənd təsərrüfatı və bu kimi digər sahələrdə fəaliyyət göstərən minlərlə sahibkar yararlanıb.
“DəmirBank” müxtəlif beynəlxalq maliyyə təşkilatları, eləcə də mikro və kiçik kreditlər üzrə ixtisaslaşmış şirkətlərlə geniş əməkdaşlıq edir. Bu proqramlar üzrə cəlb edilmiş vəsaitlər sahibkarlara kreditlər verilməsinə yönəldilir. Bank, həmçinin sahibkarlığın kreditləşdirilməsi üzrə dövlət proqramına əsasən Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına da kreditlər verir.
Bankın kredit məhsulları barədə daha ətraflı məlumatı www.demirbank.az saytından əldə etmək olar.
Xəbərin mətnində orfoqrafik səhv var