İQTİSADİYYAT


“DəmirBank” dünyanın 130-dək ölkəsinə bir faiz komissiya ilə pul köçürmələr təklif edir

Bakı, 27 sentyabr (AZƏRTAC). “DəmirBank” dünyanın 130-dək ölkəsinə 1 faiz komissiya ilə təcili pul köçürmə xidmətlərini təqdim edir.

Bankdan AZƏRTAC-a bildirmişlər ki, “Lider” sistemi ilə müştərilər 130-dək ölkə üzrə ABŞ dolları, avro və Rusiya rublu ilə pul vəsaiti göndərə və ala bilərlər. Bu ölkələr sırasında Rusiya, Ukrayna, Gürcüstan, Türkiyə, Belarus, Latviya, Moldova, Qazaxıstan, Böyük Britaniya, İtaliya və sair ölkələr mövcuddur. Göndərilən pul köçürmələrini müştərilər “DəmirBank”ın bütün kartları və bu məqsədlə xüsusi yaradılan “LiderKart” ilə banka gəlmədən ala bilərlər. Kart istifadəçisi karta daxil olan vəsaiti bankomatdan nağd çıxara və ya nağdsız ödənişlər etməklə istifadə etmək hüququna malikdir. Müştərilər “LiderKart”ı bankdan pulsuz ala bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.