İQTİSADİYYAT
“DəmirBank” forsaj sistemi ilə pulköçürmə xidmətləri təklif edir
Bakı, 3 iyun (AZƏRTAC). “DəmirBank” forsaj sistemi ilə pul köçürmələri təqdim edərək əhaliyə göstərilən xidmətlər çeşidini genişləndirmişdir.
Bankdan AZƏRTAC-a bildirmişlər ki, bu sistem vasitəsilə müştərilər Rusiya rublu ilə pul vəsaiti göndərə və ala bilərlər. Respublikadan kənar köçürmələrdə 1,99 faiz komissiya tətbiq olunur. Göndərilən vəsaiti bir neçə dəqiqə sonra Rusiyanın istənilən ərazisində olan məntəqələrdən almaq mümkündür.
Qeyd edək ki, pulköçürmə xidmətlərini bankın 33 filialında həyata keçirmək mümkündür. Bank Western Union, Contact, Coinstar, Blizko, Forsaj, PrivatMoney, UPT, Lider və Monex sistemləri ilə beynəlxalq köçürmələr həyata keçirir. “DəmirBank” əhaliyə ölkə daxili pulköçürmə xidmətləri də göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]