İQTİSADİYYAT
“DəmirBank” güzəştli “Ad günü” kreditləri təklif edir
Bakı, 14 fevral (AZƏRTAC). “DəmirBank” ad günündən 15 gün əvvəl və ya 15 gün sonra istehlak kreditləri almaq istəyən müştərilərə illik faiz dərəcəsində 3 faiz endirim təklif edir.
Bankdan AZƏRTAC-a bildirmişlər ki, aksiya ipoteka, avtomobil, biznes, təmir, təhsil, pul köçürmələri əsasında kreditlər istisna olmaqla, digər istehlak kreditlərinə aiddir. Müştəri aksiya çərçivəsində yalnız bir kredit məhsulundan yararlana bilər. Aksiya 2014-cü il dekabrın 31-dək davam edəcəkdir.
“DəmirBank” müxtəlif proqramlar üzrə əhaliyə və şirkətlərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Buraya mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, avtomobil, mebel və məişət texnikası təmir və digər istehlak kreditləri, həmçinin təhsil və səhiyyə işçilərinə, dövlət qulluqçularına verilən kreditlər daxildir.