“DəmirBank” məktəblilərin maliyyə biliyinin artırılması qayğısına qalır
AzerTAg.az
Bakı, 28 noyabr, AZƏRTAC
“DəmirBank” “Maliyyə savadlılığının artırılması” layihəsi çərçivəsində şagirdlərin maliyyə biliyinin artırılması məqsədilə Sabunçu rayonundakı 309 saylı orta məktəbdə tədbir keçirib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, “Beynəlxalq əmanətlər günü”nə həsr olunmuş tədbirdə “DəmirBank”ın və Azərbaycan Respublikası Mərkəzi Bankının əməkdaşları şagirdlərə əmanətlərin sığortalanması, büdcənin düzgün, səmərəli təşkili və xərclənməsi barədə məlumat veriblər. Daha sonra şagirdlər arasında yarışma keçirilib və onlara maarifləndirici hədiyyələr paylanılıb.
Xatırladaq ki, “Beynəlxalq əmanətlər günü” ilə bağlı sosial aksiyalar Azərbaycanda 2012-ci ildən Mərkəzi Bankın təşəbbüsü ilə Azərbaycan Banklar Assosiasiyası, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu və Əmanətlərin Sığortalanması Fondunun dəstəyi ilə həyata keçirilir.
Xəbərin mətnində orfoqrafik səhv var