İQTİSADİYYAT
“DəmirBank” müştərilərinə faizsiz kreditlə alış-veriş imkanını təqdim etmişdir
Bakı, 21 noyabr (AZƏRTAC). “DəmirBank” “Aykart” ilə www.topshop.az saytında 3 aya ödəmək şərtilə faizsiz kreditlə alış-veriş imkanını müştərilərə təqdim etmişdir.
Bankdan AZƏRTAC-a bildirmişlər ki, saytda pulsuz qeydiyyatdan keçərək məhsulun dəyərini “Aykart” ilə onlayn ödəmək mümkündür. Ödəniş edilən mal 1 gün ərzində müştərinin qeyd etdiyi ünvana çatdırılır. Kart üzrə borc qalığı isə, heç bir faiz hesablanmadan, 3 aya bərabər hissələrlə banka ödənilir.
“Aykart” müştərilərə pulsuz (xidmət haqqı olmadan) kredit xətti ilə verilir və müxtəlif üstünlüklərə malikdir. “Aykart” üzrə kredit xətti 3 il müddətinə 300-dən 5000 manatadək məbləğində ayrıla bilər.
Daha ətraflı məlumat və onlayn sifariş üçün www.aykart.az saytına və www.facebook.com/aykart.az səhifəsinə daxil olmaq, yaxud 149 nömrəsinə zəng etmək olar.