İQTİSADİYYAT


“DəmirBank” www.demirtaksit.az saytını istifadəyə verib

Bakı, 5 dekabr, AZƏRTAC

“DəmirBank” www.demirtaksit.az saytını istifadəyə verib. Saytda “DəmirTaksit” istifadəçiləri kartla bağlı yeniliklərdən, kampaniyalardan, endirimlərdən yararlana biləcəklər.

Bankdan AZƏRTAC-a bildiriblər ki, saytda onlayn kalkulyator funksiyası da var. Bu, müştərilərə ödənişlərini hesablamaq imkanı verəcək. “DəmirTaksit” kartını onlayn sifariş etmək üçün isə “Sifariş et” bölməsinə daxil olmaq lazımdır. Saytda müştərilər, həmçinin “Onlayn məsləhətçi” bölməsi vasitəsilə mütəxəssislərdən məhsul və xidmətlər barədə məsləhətlər ala bilərlər.

27 mindən çox istifadəçisi olan “DəmirTaksit” kartı məhsul və ya xidmətin dəyərini hissələrə bölüb ödəmək imkanı verən kredit kartıdır. “DəmirTaksit” kartları pulsuz təqdim edilir və kreditin rəsmiləşdirilməsi üçün komissiya haqqı tutulmur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.