İQTİSADİYYAT
“DəmirBank” yeni “yığım” əmanəti təqdim edir
Bakı, 19 iyun (AZƏRTAC). “DəmirBank” əmanət çeşidlərini genişləndirmək məqsədi ilə müştərilərə yeni “yığım” əmanətini təklif edir. İstənilən şəxs ən azı 10 manat ilkin mədaxil edərək bankın filiallarında əmanət hesabı aça bilər.
Bankdan AZƏRTAC-a bildirmişlər ki, maksimum 20 il müddətinə açılan hesaba əmanəti manat və ya ABŞ dolları ilə yerləşdirmək mümkündür. Əmanətin məbləğinə illik 5 faiz hesablanır.
Bir sıra üstünlüklərə malik “Yığım” əmanəti istənilən zaman əmanəti artırmaq, əmanət məbləğini cəriməsiz tam və ya qismən çıxarmaq, müştərilərin gələcək maliyyə durumlarını sığortalamaq, üçüncü şəxsin adına açmaq imkanı verir.
Əmanətin məbləği 10 min manat və ya ABŞ dollarıdır.
Hazırda bank “Əmanət çeşidi” proqramı əhaliyə münasib şərtlərlə 4 əmanət növü təklif edir. “DəmirBank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanunun şərtlərinə müvafiq olaraq əhalinin bankda yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir.