İQTİSADİYYAT
“DəmirBank”da “Zolotaya Korona” sistemi ilə hədiyyəli kampaniyaya başlayıb
Bakı, 18 sentyabr, AZƏRTAC
“DəmirBank” “Zolotaya Korona” pul köçürmə sistemi ilə birgə hədiyyəli aksiyaya start verib.
Bankdan AZƏRTAC-a bildirilib ki, aksiyanın şərtlərinə əsasən, “Zolotaya Korona” sistemi ilə bankın istənilən filialından pul göndərən müştərilərə göndərilmiş vəsaitin məbləğindən asılı olaraq müxtəlif hədiyyələrin verilməsi nəzərdə tutulub. Hədiyyələr sırasında korporativ qələm, fləş-kart, termo-stəkan və telefon üçün poverbank var.
Paralel olaraq “DəmirBank”da pul köçürməsi edənə danışıq kartının hədiyyə edilməsi aksiyası da davam edir. Belə ki, müştəri aksiyaların şərtlərinə uyğun pul köçürməsi etdikdə hər 2 aksiyada iştirak edə və eyni zamanda həm danışıq kartı, həm də müvafiq hədiyyələrdən birini qazana bilər.
“Zolotaya Korona” sistemi vasitəsilə “DəmirBank” müştəriləri üçün MDB və digər xarici ölkələrə çox sərfəli şərtlərlə pul köçürmək imkanı yaradılıb. Köçürmələr ani, ünvansız və hesab açılmadan həyata keçirilir.
Ətraflı məlumatı bankın Məlumat Mərkəzindən: (012) 149 www.demirbank.az/?/az/
www.facebook.com/demirbank.az saytlarından əldə etmək olar.