İQTİSADİYYAT


“DəmirBank”ın DİN əməkdaşları üçün keçirdiyi “Asayiş” aksiyasının müddəti uzadılıb

“DəmirBank”ın DİN əməkdaşları üçün keçirdiyi “Asayiş” aksiyasının müddəti uzadılıb

Bakı, 9 avqust (AZƏRTAC). “DəmirBank” tərəfindən 2 iyul – Polis Günü münasibətilə Daxili İşlər Nazirliyinin əməkdaşları üçün keçirilən “Asayiş” adlı güzəştli kredit aksiyasının müddəti oktyabrın 31-dək uzadılıb.

Bankdan AZƏRTAC-a bildiriblər ki, aksiyanın şərtlərinə görə istehlak kreditləri üzrə banka müraciət edən polislərə illik faiz dərəcəsində 2 faiz endirim tətbiq olunur. Kreditin məbləği maksimum 10 min manat olmaqla, 36 aya nəzərdə tutulub.

“DəmirBank” müxtəlif proqramlar üzrə əhaliyə və şirkətlərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bununla yanaşı, bankın mikro və kiçik biznes üçün kreditləri, həmçinin ipoteka, avtomobil və digər istehlak kreditləri də var. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.