REGİONLAR
“DəmirBank”ın “Sabirabad” filialı müştərilər üçün aksiya keçirir
Bakı, 15 noyabr, AZƏRTAC
“DəmirBank” bu dəfə “Sabirabad” filialının müştəriləri üçün daxili pul köçürmələri üzrə xüsusi aksiyaya start verib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, aksiyanın şərtlərinə əsasən müştərilər “Şimşək” daxili pul köçürməsi sistemi ilə vəsaitləri bankın cari tariflərindən daha aşağı tariflərlə göndərə bilərlər.
Bundan əlavə, bankın “Sabirabad” filialı müştəriləri üçün “DəmirBank”ın “Zolotaya Korona” sistemi ilə bankın istənilən filialından pul göndərən müştərilərə göndərilmiş vəsaitin məbləğindən asılı olaraq müxtəlif hədiyyələr təqdim edilir.
“DəmirBank”ın “Pul köçürən və alanlara mobil danışıq kartı hədiyyə” kampaniyası mövcuddur ki, adı çəkilən aksiya çərçivəsində “Şimşək” sistemi üzrə pul göndərən müştərilərə mobil rabitə ödəmə kartı hədiyyə edilir. Bankın filiallarında ən azı 500 AZN / USD / EUR məbləğində pul köçürən müştəriyə istədiyi mobil rabitə sisteminin 1 manatlıq, köçürmə məbləği ən azı 2000 AZN / USD / EUR olduqda isə 2 manatlıq mobil danışıq kartı hədiyyə olunur.
Xatırladaq ki, “DəmirBank” müştərilərə zaman itkisi olmadan və əlavə hesab açılmadan rahatlıqla bir çox xarici valyuta növündə köçürmələri həyata keçirmək imkanını təklif edir.