Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Dəmir anqarda, zirzəmidə və sinif otaqlarında məşq edən siyəzənli idmançılar - REPORTAJ VİDEO

Dəmir anqarda, zirzəmidə və sinif otaqlarında məşq edən siyəzənli idmançılar -  REPORTAJ VİDEO

Siyəzən, 29 aprel, Elxan Yusifli, AZƏRTAC

Siyəzən şimal bölgəsində idman uğurlarına görə seçilən rayonlardandır. Yerli idmançılar arasında olimpiya növlərində dünya, Avropa və digər beynəlxalq yarışların mükafatçıları var. Amma təəssüf ki, 45 min nəfərə yaxın əhalisi olan rayonda bir dənə də olsun idman qurğusu və ya məşq zalı yoxdur. İdmançılar məşqlərini texniki xidmət üçün nəzərdə tutulan anqarda, yaşayış binasının zirzəmisində və məktəblərin sinif otaqlarında yaradılmış şəraitsiz zallarda keçirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Siyəzən rayonunda idmançıların kütləvi məşq keçdiyi uyğunlaşdırılmış ən böyük zal şəhər stadionunun ərazisində yerləşir. Kənd təsərrüfatı texnikalarına xidmət üçün nəzərdə tutulan anqar ötən əsrin 70-ci illərində idmançıların ixtiyarına verilib. Artıq əlli ildən çoxdur Siyəzən idmançıları dəmir bunkeri xatırladan, havalandırma sistemi və pəncərəsi olmayan zalda məşq edirlər. Hazırda zalda sərbəst güləş və cüdo idman növü üzrə 150-yə yaxın idmançı yarışlara hazırlaşır.

Məşqçi Zaur Həmzəyev bildirir ki, Siyəzəndə idmana böyük həvəs var. Perspektivli gənclər çox olsa da, təəssüf ki, məşq üçün normal şəraitli idman zalı yoxdur.

“20 ildən çoxdur bu zalda cüdo və sambo üzrə məşq keçirəm. Şəraitimiz qənaətbəxş olmasa da, uğurlarımız var. Bu zalda məşq keçən Elçin Mayılov dünya çempionu, kadetlərdə Kamran Qasımov Avropa çempionu olub. Bundan başqa Kənan Bünyatov, Bahadir Əsgərov, Şirin Cavadzadə, Ceyhun Hüseynov beynəlxalq yarışlarda mükafat qazanıblar. Mən 1981-ci ildə burada idmançı kimi məşq etmişəm. 2000-ci ildən də məşqçilik fəaliyyəti ilə məşğulam. Bu zalda məşq etmək üçün şərait yoxdur. Dəmir olduğu üçün qışda soyuq, yayda isə istidir. Cüdo və güləşlə məşğul olan idmançılar bir yerdə, yanaşı döşəklərdə məşq edirlər. Bu, normal deyil. Güləş müəllimi komandaları fitlə verir, cüdoda isə yapon dilində terminlərdir. Çox vaxt uşaqlar çaş-baş qalırlar. Burada soyunub-geyinmə otaqları belə yoxdur”, - deyə Zaur Həmzəyev qeyd edir.

Məşqçilər deyirlər ki, yeni idman kompleksinin tikintisi ilə bağlı əlaqədar təşkilatlara həm yazılı, həm də şifahi müraciətlər olunub. Rayonda idman qurğusunun tikintisi ilə bağlı işlərin görüləcəyi ilə bağlı söz verilsə də hələ ki, nəticə yoxdur.

Əməkdar məşqçi Ağadədə Allahverdiyev Siyəzən Uşaq Gənclər İdman və Şahmat Məktəbinin güləş müəllimidir. O, 90-a yaxın idmançıya sərbəst güləşin sirlərini öyrədir: “Baxın, hazırda bu zalda məşq edənlər arasında dünya və Avropa çempionatının, həmçinin Yeniyetmələr arasında Olimpiya oyunlarının mükafatçısı Şəhanə Nəzərova var. Xeyli istedadlı güləşçilərimiz var. Amma Siyəzəndə bir dənə də olsun idman qurğusu yoxdur. Olan bir bu anqardır. Buranın da vəziyyətini görürsünüz. Yuyunmaq üçün yer yoxdur. Uşaq məşqdən çıxır, tərli-tərli də evə yollanır. Cüdo ilə güləş bir yerdədir. Bir-birinə bitişik iki döşəkdir. Çox darısqaldır. Mənim öz güləş müəllimim var, Cavanşir müəllim. O, yaşayış binasının zirzəmisini idman zalına çevirib uşaqlara məşq keçir. Zal sarıdan çox çətindir. Amma idmançı potensialına baxanda, Siyəzən bir çox böyük rayonlarımızla rəqabətə girə bilər”.

Siyəzən rayonu hələ keçmiş sovet dönəmindən respublikada özünün boksçuları ilə tanınıb. Bu ənənə indi də davam edir. Siyəzənli boksçular arasında ölkə birinciliyində və beynəlxalq yarışlarda medallar qazananlar var. Amma bu boksçuların məşq keçdikləri şəraitsiz zala baxanda boksçuların uğur qazandıqlarına təəccüblənməyə bilmirsən.

Respublikanın Əməkdar məşqçisi, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi Elman Abdullayev boks məşqlərini Siyəzən şəhər Nazim Əsədov adına 4 saylı tam orta məktəbdə keçir. Məktəbin idman zalı yararsız halda olduğundan boş sinif otaqlarından biri uyğunlaşdırılaraq boks zalına çevrilib. Burada iki yaş qrupunda 50-yə yaxın idmançı məşq edir.

“Biz məşqlərimizi gördüyünüz bu sinif otağında keçirik. Şəraitsizliyə baxmayaraq, son illər uğurlu nəticələrimiz var. Gənclər arasında Ramiz Əsgərov, Rza Novruzov Azərbaycan çempionatında ikinci yeri qazanıblar. Yeniyetmələr arasında da boksçularımız mükafatçılar sırasına düşüblər. Əvvəlki illərdə isə Rabib Bəylərov, Xəyyam Məmmədov kimi Avropa və dünya çempionatlarında fəxri kürsüyə çıxmağı bacaran idmançılarımız var. Əlbəttə nəticələrimiz daha yaxşı ola bilər. Məndən başqa da Siyəzən rayonunda 4 boks məşqçisi var ki, onlar da məktəblərin idman zallarında məşq keçirlər. Biz isə ümumiyyətlə sinif otağında zal qurmuşuq. Mən 24 ildir ki, uşaqları burada məşq etdirirəm. Buradakı rinq bizə 2015-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən verilib. Boks kisələrini isə UGİŞM bizə hədiyyə edib. Qalan idman ləvazimatlarını öz hesabımıza alıb, uşaqlara məşq keçirik. İstərdik ki, bizim rayonda da Olimpiya İdman Kompleksi və ya başqa idman qurğusu inşa olunsun”, - məşqçi Elman Abdullayev söyləyir.

Siyəzənli idmançılar Əli Əliyev, Xəzər Səfərli və Rza Novruzov ən böyük arzularının rayonda Olimpiya İdman Kompleksinin inşası olduğunu bildiriblər.

Məşqçilərin sözlərinə görə, əsas məqsəd sağlam gənclik, ölkəmizi sevən vətəndaşlar yetişdirməkdir. Bunun üçün də idmana daha çox uşaq cəlb olunmalıdır. Müasir zallar olmadıqda isə uşaq və yeniyetmələri idmana cəlb etmək asan deyil.

Xatırladaq ki, son illərdə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölkəmizin idman infrastrukturunun yenilənməsi və müasir standartlara cavab verən bazanın yaradılması istiqamətində əsaslı işlər görülüb. Dövlətimizin başçısının rəhbərliyi ilə respublikamızın şəhər və rayonlarında 45-dən çox Olimpiya İdman Kompleksi və digər idman qurğuları inşa olunaraq gənclərin ixtiyarına verilib. 2014-cü ildə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (2019-cu ildə ləğv olunub) sifarişi əsasında Siyəzəndə də şimal bölgəsinin ən müasir idman qurğusu inşa olunmağa başlamışdı. Alternativ enerji ilə təchiz olunacaq çoxfunksiyalı idman zalının damında günəş batareyaları quraşdırılacaqdı. Üçmərtəbəli idman zalının elektrik təchizatı yalnız günəşdən alınan enerji hesabına ödənilməli idi. Amma idman qurğusunun inşası 2015-ci ildə yarımçıq saxlanıldı. Həmin vaxt quraşdırılan metal konstruksiyalar keçən zaman ərzində baxımsızlıqdan korroziyaya uğrayıb.

Ümumiyyətlə, Siyəzən rayonunda Gənclər və İdman Nazirliyinin balansında olan idman qurğusu və ya zalı yoxdur.

Siyəzən Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, rayonda müasir idman qurğularının inşası üçün müvafiq tədbirlər görülür.

Yaxın gələcəkdə Siyəzən şəhərinin Babək küçəsində "Uşaq və Gənclərin Fiziki Hazırlıq Mərkəzi" inşa olunacaq. Bu idman kompleksində ministadion və ikimərtəbəli idman zalının fəaliyyət göstərməsi nəzərdə tutulur. Layihəyə əsasən kompleksin birinci mərtəbəsində soyunub-geyinmə və digər otaqlar, ikinci mərtəbəsində isə güləş və boks zalları olacaq. Əlavə olaraq 300 yerlik tribuna və açıq havada idman qurğularının istifadəyə verilməsi də nəzərdə tutulub. Hazırda layihənin inşası ilə əlaqədar müvafiq sənədləşmə işləri görülür.

İcra hakimiyyətindən o da bildirilib ki, rayonda dövlət proqramları çərçivəsində müasir idman qurğularının inşa edilməsi üçün müvafiq dövlət qurumlarına təkliflər göndərilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

VİDEO

Dəmir anqarda, zirzəmidə və sinif otaqlarında məşq edən siyəzənli idmançılar -  REPORTAJ VİDEO

Bakıda Kosmik Nəsil Məşvərət Şurasının 21-ci Kosmik Nəsil Konqresi keçirilir

Milli Məclisin deputatı Qənirə Paşayeva vəfat edib

Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclasında Azərbaycana dəstəyin davam edəcəyi bildirilib

Ceyhun Bayramov Böyük Britaniyanın Avropa regionu üzrə dövlət nazirini bölgədəki mövcud vəziyyət barədə məlumatlandırıb

Elçin Əmirbəyov: Azərbaycan və Ermənistanın mehriban qonşu olmaqdan başqa yolu yoxdur

Çin Xalq Respublikasının yaradılmasının 74 illiyi münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib

Şahin Mustafayev: Hazırda Azərbaycan-Çin münasibətləri hərtərəfli inkişaf dövrünü yaşayır

Çin ilə Azərbaycan arasında humanitar və mədəni sahələrdə əməkdaşlıq inkişaf edir

Baş nazir Əli Əsədov Tacikistan Baş nazirinin dəvəti ilə Düşənbəyə işgüzar səfərə gəlib

Azad rəqabət mühitinin formalaşdırılmasında Heydər Əliyevin roluna həsr olunmuş forum keçirilib

Səfir: Çin və Azərbaycan qarşılıqlı faydalı əməkdaşlığı genişləndirir, ənənəvi dostluğu möhkəmləndirir

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI

Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası olub

Dövlət Komitəsinin sədri Tbilisidə bir sıra görüşlər keçirib

Gürcüstanda yaşayan soydaşlarımız və şəhid ailələri ilə görüş keçirilib

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

Zəngilan şəhərində 160 yerlik uşaq bağçasının təməli qoyulub YENİLƏNİB

Müşavir: Türkiyə Azərbaycanı hər zaman dəstəkləyəcək

Söyüdlüdəki şirkətin fəaliyyətinin bərpasına tələblərdən biri - yeni texnologiyaların tətbiqidir

Prezident İlham Əliyev Zəngilan şəhərində 4-cü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak edib YENİLƏNİB

AHİK-in VI Məclisinin iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqə üzrə test imtahanının tarixi açıqlanıb

Jurnalistlər üçün Azərbaycanın xarici siyasəti mövzusunda təlim keçirilib

Allahşükür Paşazadə Təzəpir məscidini inşa etdirmiş xeyriyyəçinin nəvəsi ilə görüşüb

Zəngilan şəhərində 3-cü yaşayış kompleksinin təməli qoyulub YENİLƏNİB

İrpen Humanitar Liseyi ilə Naxçıvanın Şahtaxtı kənd tam orta məktəbi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Heydər Əliyev Fondu tərəfindən inşa edilən Zəngilan şəhər məscidində görülən işlərlə tanışlıq YENİLƏNİB

Şirkət rəhbəri: Söyüdlü sakinlərini öncədən məlumatlandırmalı idik

Səudiyyə Ərəbistanının nəşri Azərbaycanın Qarabağda suverenliyini tam bərpa etməsindən yazıb

Zəngilan şəhərində 2-ci yaşayış kompleksinin təməli qoyulub YENİLƏNİB

Azərbaycan beynəlxalq axtarışda olan üç nəfəri Rusiyaya təhvil verib

TRASEKA Fondunun sənədlərinin yenidən işlənməsi üzrə İşçi qrupu işə başlayıb

“AzerGold” istiqrazlarının tədavülü uğurla yekunlaşıb

Fövqəladə hallarla bağlı davranış qaydaları barədə ümumtəhsil məktəblərinin direktorlarına məlumat verilib

“Gəncə” klubunun yeni baş məşqçisi: Bu şəhərə layiq komanda quracağıq

Ukrayna ordu üçün 125 mindən çox dron alıb

Prokurorluq orqanları şəhid olmuş əməkdaşlarının ailələrinə hər zaman dəstək olacaq

AZAL Turizm İşçiləri Günü münasibətilə 29 faiz endirim elan edir

Mərkəzi Elmi Kitabxanada keçirilən növbəti “Vikipediya” təlimləri yekunlaşıb

Bəşəriyyətə şölə saçan teatr günəşi

Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan kəndinin təməlini qoyub YENİLƏNİB

Beynəlxalq Qızlar Günü ərəfəsində qızlar üçün kibertəhlükəsizlik təlimi keçiriləcək

Gənc Tamaşaçılar Teatrı oktyabr repertuarını açıqlayıb

Apellyasiya Arbitraj Tribunalı “Zirə” klubunun şikayətini qismən təmin edib

Nadir Zeynalov: Söyüdlüdə əhalinin sağlamlıq vəziyyəti kifayət qədər qənaətbəxşdir

Azərbaycan və Ukraynanın ümumi təhsil müəssisələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Milli Kitabxanada Azərbaycan bəstəkarlarının not məcmuələrinin təqdimat mərasimi olub

Prezident İlham Əliyev “AzərEnerji” ASC-nin “Cahangirbəyli” Su Elektrik Stansiyasının açılışında iştirak edib YENİLƏNİB

İndiyədək 23 aqropark qeydiyyata alınıb

AQTİ müvafiq sahələr üzrə ali təhsilli mütəxəssisləri əməkdaşlığa dəvət edir

Nüfuzlu “Turizm Oskarı”nın təqdimatı mərasimi ilk dəfə Gürcüstanda keçiriləcək

Çin şirkətləri ilə Azərbaycanda elektriklə işləyən avtobusların istehsalı müəssisələrinin yaradılması müzakirə olunub

Günay Əfəndiyeva Qırğızıstan Milli Universitetinin fəxri professoru adına layiq görülüb

Honkonq bu il Rusiyadan qızıl idxalını 10 dəfə artırıb

Dmitri Peskov: Erməni əhalinin Qarabağdan getməsinin real səbəbləri yoxdur

Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışı olub YENİLƏNİB

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsi noyabrda keçiriləcək

“Qlobal İnnovasiya İndeksi - 2023” reytinqində Azərbaycan göstəricilərini dörd pillə yaxşılaşdırıb

“New Straits Times”: “Qarabağ: “Etnik təmizləmə”nin arxasında duran həqiqət” adlı məqalə yayıb

Sosial şəbəkələrdə vətəndaşları kiber üsullarla talayan şəxs saxlanılıb

“Zəfər dastanı” onlayn respublika şeir və mahnı müsabiqəsinə start verilir

Türkiyənin təhlükəsizlik qüvvələri sentyabrda 58 terrorçunu zərərsizləşdirib

Məktəbəqədər təhsil mövzusunda görüş

1991-1994-cü illərdə Türkiyənin xarici işlər naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Hikmət Çətindən

Prezident İlham Əliyev Zəngilan rayonunun Alıbəyli kəndinin təməlini qoyub  YENİLƏNİB

İraqda “Ortaq mədəniyyətin övladları - İraq türkmanları və Azərbaycan” kitabının təqdimatı keçirilib

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatı VİDEO

“Azərişıq” ASC-nin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib YENİLƏNİB VİDEO

“Borçalıdan Şuşaya gedən yol” kitabının ikinci hissəsi çap olunub

AHİK sədrinə iki yeni müavin seçilib

Hüquq və İnsan Haqları İnstitutu Sumqayıtda hüquqşünaslar üçün növbəti təlim təşkil edib

Kreml Ermənistanın Roma statutunu ratifikasiya etmək qərarını düşmənçilik kimi qiymətləndirib

Dövlətyarlı kəndi ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpa olunacaq

® “AccessBank” və “Enabling Qapital Ltd” ilə daha bir kredit müqaviləsi imzalayıb

“Azərbaycanda iqlim dəyişkənliyinin meşə təsərrüfatına təsirinin qiymətləndirilməsi” - seminar

Avropa çempionatı: Azərbaycanın U-17 yığmasının seçmə mərhələ üçün heyəti açıqlanıb

Şəmkir sakinini özünü öldürmə həddinə çatdıran şəxs həbs olunub

Prezident İlham Əliyev Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə tanış olub YENİLƏNİB VİDEO

Təhsil müəssisələrinin payız-qış mövsümünə hazırlığı müzakirə olunub

Sabirabadda toxum sərgi-satış yarmarkası keçirilib

Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı və gündəliyi açıqlanıb

“Libwebp” kitabxanasına təsir edən kritik boşluq aşkarlanıb

Söyüdlüdə "Anglo Asian Mining" şirkətinin işçiləri arasında peşə xəstəliyi aşkarlanmayıb

Şəhid Əfqan Nəsirova məxsus materiallar Tarix Muzeyinə təqdim edilib

Dövlət Xidməti: Hərracda 13 faydalı qazıntı yatağı istifadəyə verilib

® “Birbank Biznes” bizneslə məşğul olanlara növbəti onlayn xidməti təqdim edir

Antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə yüksələn hərbçilərin kredit borcu silinib

Kanadadakı yəhudi mediası Toronto Azərbaycan Evinə qarşı törədilən erməni təxribatından bəhs edib

® “Birbank” kartları ilə 200 AZN xərcləyin, 30 AZN qazanın kampaniyasının bitməsinə az qaldı

Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl rayonuna səfər edib
Cəbrayıl şəhərində inzibati binanın təməli qoyulub YENİLƏNİB VİDEO

“Xankəndi” sözü hallanarkən necə yazılmalıdır? – Sorğu

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun səmərəliliyi onun Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulmasındadır - TƏHLİL

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum 1139 uşağın fərdi inkişaf planı tərtib olunub

“Əsrin müqaviləsi” Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir

Qarabağ bölgəsində yaşayan erməni sakinlərin müraciətinə əsasən, 30 iritutumlu avtobus Xankəndiyə yola salınıb

Reza Vəziri: Söyüdlüdəki hadisələr şirkətə böyük ziyan vurdu

“E-demoqrafiya sistemi cəmiyyətin rəqəmsal əkizi kimi” mövzusunda tədqiqat aparılır

AZAL Türkiyədə təhsil alan azərbaycanlı tələbələr üçün güzəştli tariflər təklif edib

2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Eka Tkeşelaşvilidən

Azərbaycan və Çin mülki aviasiya sahəsində pilotların hazırlanması üçün əməkdaşlıq edəcək