REGİONLAR


Dəmir borunun içərisində narkotik gizlədən Xudat şəhər sakini saxlanılıb

Xaçmaz, 9 yanvar, Elxan Yusifli, AZƏRTAC 

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Xudat şəhər sakini 35 yaşlı Zaur Əliyevi saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Z.Əliyevin üzərində keçirilən baxış zamanı bir ədəd kağız bükümdə çəkisi 1,378 qram olan qurudulmuş marixuana aşkarlanıb.

Araşdırma zamanı Z.Əliyevin şəhər ərazisində yerləşən evinin yaxınlığında narkotik maddə gizlətdiyi məlum olub. Hal şahidlərinin iştirakı ilə həmin əraziyə baxış zamanı dəmir borunun içərisindən sellofan torbada, ümumi çəkisi 435 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Z.Əliyev narkotik vasitələrinin istifadəçisi olduğunu və qurudulmuş marixuananı şəxsi istifadəsi üçün gizlətdiyini bildirib.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.