İQTİSADİYYAT


Dəmir yolu ilə sərnişindaşıma 72,3 faiz artıb

Bakı, 29 mart, AZƏRTAC

Cari ilin yanvar-fevral aylarında dəmir yolu nəqliyyatı ilə 838,2 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə sərnişindaşımada 72,3 faiz artım olub.

Bundan başqa, dəmir yolu nəqliyyatı ilə orta hesabla sutkada 339 vaqon yüklənib, 342 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 15,3 min ton, qərb istiqaməti üzrə 3,4 min ton, cənub istiqaməti üzrə 1000 ton yüklənmə işi yerinə yetirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.