CƏMİYYƏT
Dəmir yolu işçiləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib VİDEO
Bakı, 12 oktyabr, Elvin Camalov, AZƏRTAC
Oktyabrın 12-də Azərbaycan dəmir yolu nəqliyyatı işçilərinin peşə bayramı münasibətilə dəmiryolçular Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gedən dəmiryolçular ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:35]
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradılıb
- 28.03.2024 [18:28]
Canını Vətənə fəda edənlər – Elçin Şükürov
- 28.03.2024 [18:25]
Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib
- 28.03.2024 [18:17]