İQTİSADİYYAT


Dəmir yolu nəqliyyat sisteminin inkişafına dair Dövlət Proqramı uğurla həyata keçirilir

Bakı, 9 dekabr (AZƏRTAC). Prezident İlham Əliyevin 2010-cu il 6 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” uğurla həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədr müavini Qurban Nəzirov jurnalistlərə verdiyi müsahibəsində demişdir.

Q.Nəzirov bildirmişdir ki, dövlətimizin başçısının qayğısı sayəsində dəmir yolunun inkişafına, idarəetmənin və infrastrukturun təkmilləşdirilməsinə yönəlmiş “Dəmir yolu ticarətinin və nəqliyyatının dəstəklənməsi” layihəsinin maliyyələşdirilməsi məqsədi ilə Dünya Bankı və Azərbaycan Hökuməti arasında 450 milyon ABŞ dolları, Çexiyanın “İxrac” bankı ilə isə 215 milyon avro məbləğində kredit müqavilələri imzalanmışdır.

Alınacaq vəsait hesabına dəmir yol təsərrüfatının daha da inkişaf etdirilməsi, 317 kilometr yolun əsaslı təmir olunması, yeni yol-təmir maşınlarının, yeni lokomotivlərin, enerji təchizatı, işarəvermə və rabitə avadanlığının yenidən qurulması nəzərdə tutulmuşdur.

Artıq yol təsərrüfatında Çexiya layihəsi çərçivəsində bu ilədək 160 kilometr yol əsaslı təmir edilmişdir ki, bu da qatarların sürətinin saatda 140 kilometrə çatdırılmasına səbəb olmuşdur. Yaxın zamanlarda Bakı-Astara dəmir yolu xəttinin “Qasımlı” stansiyası ilə “Astara” stansiyası arasında 60 kilometr məsafəsinin dəniz ərazisindən təhlükəsiz əraziyə keçirilməsi planlaşdırılmışdır. Şimal-Cənub dəhlizinin 183 kilometrlik hissəsində təmir işlərinin görüləcəyi də nəzərdə tutulmuşdur.

QSÇ-nin sədr müavini vurğulamışdır ki, Dövlət Proqramına əsasən 100 yeni sərnişin vaqonu, 50 yükdaşıyan lokomotiv və sərnişin qatarları üçün 12 lokomotivin alınması planlaşdırılmışdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.