İQTİSADİYYAT


Dəmir yolunun Astara stansiyasında yoldəyişən qurğular təmir edilir

Bakı, 11 aprel, AZƏRTAC

Astara stansiyasında 6 stansiya yolunun və 10 ədəd yoldəyişən qurğunun əsaslı təmirinə başlanılıb.

"Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, stansiya parkının əsasını təşkil edən bu yolların hər birinin uzunluğu 950 metrdir. “Şimal–Cənub” layihəsi çərçivəsində icra edilən işlərə uyğun olaraq, stansiyada yolların tam hazır vəziyyətə gətirilməsi zərurətdən doğur. Gələcəkdə bu istiqamətdə yük daşımalarının intensiv xarakter alacağına əsaslansaq, təhlükəsiz daşınmalar üçün əsaslı bazanın olması çox vacibdir və QSC-də bu işə böyük önəm verilir.

Əsaslı təmir işlərini "Dəmiryolservis" MMC-nin kollektivi həyata keçirir. İşlər mərhələli şəkildə icra olunmaqla qısa zaman ərzində başa çatdırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.