CƏMİYYƏT


Dəmir yolunun Ləki-Yevlax mənzilində baş verən toqquşmanın fəsadları tam aradan qaldırılıb

Bakı, 30 dekabr, Elvin Camalov, AZƏRTAC

Dekabrın 30-da saat 03:15 radələrində Ləki-Yevlax mənzilinin 257-ci kilometrliyində, piket 10-da ATEF şirkətlər qrupuna məxsus universal nəqliyyat vasitəsi keçiddən keçərkən mühərriki sönüb, həmin keçiddə qalıb və toqquşma hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

S.Qədirova vurğulayıb ki, hadisə nəticəsində heç bir xəsarət alan olmayıb. Hadisənin nəticələri üç saat ərzində tam aradan qaldırılıb və “Azərbaycan Dəmir Yolları” QSC həmin ərazidə nəzərdə tutulan maksimal sürətlə fəaliyyətini tam bərpa edib. Bu səbəbdən həmin istiqamətdə hərəkət edən qatarların mənzil başına çatmasında 2-3 saat gecikmələr baş verib.

QSC rəsmisi qeyd edib ki, həmin istiqamət üzrə qatarların hərəkəti tam bərpa olunub, heç bir məhdudiyyət tətbiq olunmayıb və hazırda qatarlar gündəlik qrafik üzrə hərəkət edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.