İQTİSADİYYAT


Dəmir yolunun Səngəçal istehsalat bazasında yeni portal-platformanın təqdimatı olub

Bakı, 25 may, AZƏRTAC

“Azərbaycan Dəmir Yolları” QSC-nin 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin Səngəçal istehsalat bazasında rels daşıyan portal-platformanın təqdimat mərasimi olub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə QSC-nin sədri Cavid Qurbanovun iştirakı ilə yeni alınan, əvvəlkilərdən daha üstün imkanlara malik olan rels deşən, eləcə də şurup bərkidən cihazlara baxış keçirib.

Qeyd edək ki, indiyədək ölkəmizin dəmir yollarında təmir zamanı Rusiya Federasiyası zavodlarının istehsalı olan portallardan istifadə edilib. Son zamanlar dəmir yollarının təmirindəki aktivlik səbəbindən portal vaqonuna tələbat daha da artdığı üçün respublikada fəaliyyət göstərən zavodların imkanları araşdırılıb. Yük daşımaları departamentinin vaqon xidmətinin sifarişi əsasında portal Sumqayıt Texnologiyalar Parkında (STP) layihələndirilib və hazırlanıb.

Xatırladaq ki, portalın hazırlanmasına aprel ayının 10-da başlanılıb, nümunə mayın 8-də hazır olub. Portalın hazırlanması daxili imkanlar hesabına başa gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.