İQTİSADİYYAT


Dəmir yolunun Xıdırlı-Qaragünə mənzilində 7 kilometr dəmir yolu əsaslı təmir olunur

Bakı, 13 iyun, AZƏRTAC

“Azərbaycan Dəmir Yolları” QSC-nin əsas istiqamətləri üzrə baş yollarının əsaslı təmiri davam etdirilir.

QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, mart ayının 18-dən başlayaraq “Şimal-Cənub” layihəsi çərçivəsində Ələt-Osmanlı-Astara sahəsində ilkin olaraq 40 kilometr baş yolun R-65 tipli materiallarla əsaslı təmiri aparılır. Təmir işlərini “Dəmiryolservis” MMC həyata keçirir.

Hazırda Xıdırlı-Qaragünə mənzilində 7 kilometrlik yolun əsaslı təmir işləri icra olunur.

Onu da xatırladaq ki, bu mənzildə son əsaslı təmir işləri 1960-cı illərdə aparılıb. Dəmir yolunun perspektiv layihələrinə uyğun olaraq, bu istiqamətdə yolların hərəkətə tam yararlılığı zərurəti ortaya çıxıb. Yaxın gələcəkdə hərəkətin intensivliyinin artacağını nəzərə alsaq, hal-hazırda görülən işlər böyük əhəmiyyət kəsb edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.