İQTİSADİYYAT
Dəmiryolçulara ali dövlət mükafatları təqdim olunub
Bakı, 21 noyabr, AZƏRTAC
Dəmiryolçulara ali dövlət mükafatları təqdim olunub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2016-cı il 12 oktyabr tarixli Sərəncamları ilə Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında səmərəli fəaliyyətinə görə bir qrup dəmiryolçunu ali dövlət mükafatları ilə təltif edib.
Noyabrın 21-də “Azərbaycan Dəmir Yolları” QSC-də həmin mükafatların təqdimolunma mərasimi keçirilib.
QSC-nin sədri Cavid Qurbanov bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2005-ci il oktyabrın 7-də “Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il oktyabrın 13-ü müstəqil Azərbaycan dəmir yolunun yarandığı gün - Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı günü kimi qeyd olunur, ölkə başçısı dəmiryolçuları ali dövlət mükafatları ilə təltif edir. Bu il də bir qrup dəmiryolçu ali dövlət mükafatları ilə təltif edilib.
Sonra dəmiryolçulara ali dövlət mükafatları təqdim olunub.
Çıxış edənlər göstərdiyi qayğı və diqqətə görə ölkə başçısına hörmət və ehtiramlarını bildiriblər.
Qeyd edək ki, ölkə başçısının sərəncamları ilə İlyaz Əmrah oğlu Məmmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü, Əbişov Rəhman Qaçaxan oğlu, İsgəndərov Cümşüd Xələf oğlu və Nağıyev Nəriman Nurəddin oğluna “Əməkdar mühəndis” fəxri adı verilib, Yusubov Tofiq Tumar oğlu “Şöhrət” ordeni ilə, Bayramov Arif Camal oğlu, Bəşirov Nüsrət Əşir oğlu, Cəfərov Şamil Rəcəb oğlu, Əliyev Bəxtiyar Şohub oğlu, Əliyev Ədalət Eldar oğlu, Əsgərova Dilşad Mikayıl qızı, Hacıyev Cavanşir Əbdülhəmid oğlu, İmanov Laçın Firuddin oğlu, İskəndərov Vasib Zahid oğlu, Kazımov Məhərrəm Həsən oğlu, Quliyev Qabil Ədalət oğlu, Melidov Rəşid Feyzulla oğlu, Məmmədov Tahir Əmirxan oğlu, Paşayev Abdulxalıq Heybətulla oğlu, Zərbəliyev Əfras Yusif oğlu və Ziyadov Müşfiq Səmər oğlu "Tərəqqi" medalı ilə təltif edilib.