İQTİSADİYYAT


Dəmiryolçulara seminar keçirilib

Bakı, 28 oktyabr, AZƏRTAC

Biləcəri Yuyucu-Buxarlayıcı stansiyasında yenicə istifadəyə verilən Təlim-Tədris Mərkəzində seminar keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, İnfrastruktur departamenti və Sağlamlıq, əməyin təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən seminarda yol stansiyalarının hərəkətlə əlaqədar işçilərinin bilik və bacarıqlarının artırılması, yeni texnologiyaların işə tətbiqinə peşəkar münasibətin formalaşdırılması və ən başlıcası, hərəkətin təhlükəsizliyinin tələb olunan səviyyədə təmin edilməsi gündəliyin əsas mövzusu olub.

Dəmir yolu nəqliyyatının mövcud texniki təlimatlarının tələblərinə əsaslanan seminara Biləcəri, Keşlə, Xırdalan və Abşeron stansiyalarının müxtəlif peşələri əhatə edən 80 əməkdaşı cəlb olunub. Tədbirdə əsasən qatar dispetçerləri və tərtibatçıları, stansiya və post növbətçiləri iştirak ediblər. Dəmiryolçulara “Azərbaycan Dəmir Yolları” QSC-nin peşəkar təlimçiləri müxtəlif videoçarxlar vasitəsilə ən çətin vəziyyətlərdə davranış qaydaları, yüklərin təhlükəsiz şəkildə mənzil başına çatdırılması, yeni və müasir texnologiyalardan düzgün istifadənin vacibliyi aşılanıb. Tədbirin sonunda mütəxəssislər hərəkətçiləri maraqlandıran suallara cavab veriblər.

Təlim proseslərinin dəmir yolunun bütün sahələrini əhatə etməsi gələcəkdə belə seminarların bölgələrdə də təşkili nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.