Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Demokratik cəmiyyətdə siyasi dialoq zərurəti

Demokratik cəmiyyətdə siyasi dialoq zərurəti

Bakı, 23 fevral, AZƏRTAC

Demokratik cəmiyyətlərdə məsələlərə fərqli baxış, fərqli yanaşma və fərqli dəyərləndirmə siyasi qütblər arasında gedən mübarizənin əsas atributlarıdır. Fərqli mövqelər arasında ziddiyyətlərin mövcudluğu da təbii hesab olunur və bu ziddiyyətlərin aradan qaldırılması tarixi təcrübə əsasında formalaşmış siyasi dialoq vasitəsilə həyata keçirilir.

Siyasi dialoq ən azı iki və əsasən daha çox ideologiya daşıyıcıları arasında mümkün olan qarşılıqlı müzakirə, debat, məşvərət və sair kimi xarakterizə olunan sosial-siyasi bir mühitdir. Dialoqun tərəfləri vahid sosial məkanda fərqli və bir çox hallarda daban-dabana zidd olan ideologiya və maraqların təmsilçiləridir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Deputat bildirib ki, siyasi dialoqun başlıca məqsədi konsensusun əldə edilməsidir. Amma konsensusun əldə edilməməsi də heç bir halda dialoq zərurətini sıfırlaşdırmır, əksinə, daha çox və daha intensiv dialoqa ehtiyac olduğunu göstərir. Beləliklə, siyasi partiyalar arasında dialoq siyasi rəhbərin istəyi, tələbi və arzusu olmaqdan daha çox, bütövlükdə demokratik siyasi sistemin funksional xüsusiyyətidir və buna görə də müasir cəmiyyətdə dialoqsuz və ya dialoqdan kənarda siyasi fəaliyyət, sadəcə, mövcud və mümkün deyil.

Təcrübə göstərir ki, siyasi dialoq bütün səviyyələrdə zəruridir. Partiyadaxili münasibətlərdə dialoq mühiti bir partiyanın bütün üzvləri tərəfindən vahid ideologiyanın, vahid fəaliyyət istiqamətinin və platformasının yaradılmasını təmin edir və belə bir partiya rəqabət meydanında daha güclü olur. Bir qədər geniş miqyasda - partiyalararası münasibətlərdə siyasi dialoq mühitinin doğurduğu konstruktivizm daha çox siyasi fikir mərkəzlərinin bu və ya digər məsələ ətrafında vahid mövqeyinin formalaşmasını təmin edir, beləliklə, konsensus yolu ilə birləşmiş siyasi güc mərkəzi formalaşır. Eyni məntiqlə bir ölkə çərçivəsində bütün siyasi partiyaların siyasi dialoq vasitəsilə bu və ya digər məsələdə konsensus əldə edə bilməsi həmin partiyaların fəaliyyətdə olduğu dövlətin özünü gücləndirən, onun rəqabət qabiliyyətini artıran mühüm bir zərurətə çevrilir. Bu tezisin əyani təsdiqi üçün Azərbaycanın siyasi həyatından ən yeni bir nümunəni xatırlatmaq istərdim. 2-ci Qarabağ müharibəsi ərəfəsində ölkədə formalaşmış pozitiv siyasi dialoq mühitində müxtəlif yönümlü siyasi qüvvələr arasında konsensusun əldə edilməsi 44 günlük müharibədə şanlı Qələbəmizi şərtləndirən əsas amillərdən biri oldu. Təəssüf ki, Birinci Qarabağ müharibəsi illərində cəmiyyətdə, ilk növbədə, o zamankı siyasi qüvvələr arasında belə bir konsensusun əldə edilməsi mümkün olmadı və məlum faciəvi nəticə qaçılmaz oldu.

“Yuxarıda təsvir etdiyim siyasi dialoq paradiqmasının dövlətlərarası münasibətlərə ekstrapolyasiya edilməsi ortaq yanaşma əsasında güclü regional birliklərin meydana çıxmasına və beynəlxalq siyasət müstəvisində konsolidə olunmuş daha böyük güc mərkəzi kimi çıxış etməklə ayrı-ayrı regionların rəqabət qabiliyyətinin artmasına şərait yaradır. Bunun da müasir dövrümüzdə ən bariz nümunəsi daim təkmilləşməkdə olan Avropa İttifaqı hesab edilə bilər. Bugünkü Avropa İttifaqı məhz antaqonist güclər arasında siyasi dialoq fenomeninin məhsuludur.

Beləliklə, siyasi dialoq hər bir dövlətin dayaqlarının möhkəmləndirilməsi və beynəlxalq siyasi rəqabət meydanında daha uğurlu ola bilməsinin əsas şərtlərindəndir. Bu zərurətin siyasi fəaliyyətin bütün iştirakçıları tərəfindən dərk edilməsi bütövlükdə ölkənin siyasi mühitini daha işlək və daha intensiv fəaliyyət meydanına çevirir”, - deyə C.Feyziyev qeyd edib.

Deputat diqqətə çatdırıb ki, bütün bunlar siyasi dialoq anlayışının nəzəri tərəfləridir. Məsələnin praktik tərəfinə gəldikdə, biz Azərbaycanda siyasi dialoq mühitinin formalaşmasının keçdiyi yolu təhlil etməklə bu gün hansı mərhələdə olduğumuzu dəyərləndirməli və gələcək dövrdə siyasi dialoq mədəniyyətinin inkişafı üçün müvafiq yol, üsul və vasitələri müəyyənləşdirməliyik.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra çoxpartiyalı siyasi sistemə əsaslanan dövlət quruculuğuna başlayıb. Hazırda ölkədə 50-dən çox siyasi partiya, 4 mindən çox QHT və ictimai birlik fəaliyyət göstərir. Bəzi partiya rəhbərlərinin düşündüyü kimi, ölkədə siyasi mühitin üzvləri təkcə siyasi partiyalar deyil. QHT-lər və ictimai birliklər də öz növbəsində siyasi fəaliyyətin iştirakçılarıdır və onların da bir çox məsələlərdə fərqli mövqeləri və baxışları var. Bir qayda olaraq QHT və ictimai birliklər dialoqa daha meyilli qurumlar kimi tanınır və ona görə də onların fəaliyyəti dialoq mühitinin formalaşmasında müsbət komponent kimi qiymətləndirilməlidir.

Cavanşir Feyziyev qeyd edib: “Siyasi dialoqun iştirakçılıq dairəsi, sadəcə, sadaladığım qurumlarla da məhdudlaşmır. Kütləvi informasiya vasitələri də birbaşa olmasa da, dolayısı ilə siyasi dialoqun passiv iştirakçıları qismində çıxış edirlər və onların göstərdiyi fəaliyyət də fərqli siyasi baxışların daha geniş müzakirə auditoriyasına çıxarılmasında və dəyərləndirilməsində önəmli rol oynayır.

Hazırda Azərbaycanda belə geniş dairəni əhatə edən siyasi dialoq mühitinin formalaşması prosesi gedir və son zamanlar müəyyən uğurların əldə olunması da faktdır. Dövlətimizin başçısı tərəfindən dövlət quruculuğu sahəsində aparılan davamlı islahatlar, o cümlədən son illərdə Prezident Administrasiyasında yaradılmış siyasi partiyalarla və qanunvericilik orqanları ilə münasibətləri tənzimləyən şöbənin uğurlu fəaliyyəti siyasi dialoq mühitinin inkişafına dinamizm gətirib və ictimai-sosial mühitdə pozitiv dəyişikliklərə təkan verib.

Keçən il martın 10-da VI çağırış Milli Məclisin açılış iclasında çıxış edərkən Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdi ki, “…Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır, ... siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz... Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq”. Dövlətimizin başçısının tövsiyələri tezliklə Milli Məclisin yeni strukturunun formalaşmasında öz əksini tapdı və hazırda parlamentdə təmsil olunan bütün siyasi qüvvələrin konstruktiv dialoq mühitində fəaliyyət göstərdiyini müşahidə edirik.

Lakin tək parlament çərçivəsində siyasi dialoq mədəniyyətinin təşəkkül tapması kifayət deyil. Unutmaq olmaz ki, müstəqilliyimizin bərpa olunması ilə Azərbaycan özündən qat-qat güclü və zəif dövlətlərin də mövcud olduğu kəskin bir beynəlxalq siyasi rəqabət meydanına daxil olub. Bu rəqabətdə dövlətimizin gücü əhəmiyyətli dərəcədə daxili ictimai-siyasi sabitlikdən asılıdır. Bu sabitliyin əldə olunması isə həm parlamentdaxili, həm də parlamentdən kənar bütün siyasi qüvvələrin qarşılıqlı fəaliyyətindən asılıdır. Məhz belə geniş bir çərçivədə konsolidasiya ölkəmizin beynəlxalq siyasət müstəvisində də gücünü artırır”.

Deputat vurğulayıb ki, bir sıra postsovet və Yaxın Şərq ölkələrinin misalında biz daxili qeyri-sabitliyin acı nəticələrini aydın görə bilirik. 30 illik müstəqilliyimiz dövründə Azərbaycan rəhbərliyinin apardığı məqsədyönlü siyasət ölkəmizi o cür acınacaqlı vəziyyətlərdən kənarda saxlaya bilib. Lakin beynəlxalq siyasətdə Azərbaycana qarşı rəqabət aparan qüvvələr daim bu sabitliyin pozulmasında və dövlətçiliyin zəiflədilməsində maraqlıdırlar və bu da təbiidir. Məhz bu səbəbdən ölkədaxili geniş siyasi dialoq milli təhlükəsizlik məsələsi kimi dərk olunmalıdır. Bu reallığın dərki bütün ölkədaxili siyasi qüvvələri konsensus əldə etməyə yönəltməli və istisnasız olaraq bütün siyasi partiyalar cəmiyyətdə demokratik inkişafın dərinləşməsi, bu əsasda dövlətimizin beynəlxalq birlikdə öz layiqli yerini tutması üçün siyasi dialoqa öz töhfəsini verməlidir. Müasir dövrdə demokratik cəmiyyətlərdə siyasi dialoqdan kənarda yer almaq siyasi intihar demək olardı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır VİDEO

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək VİDEO

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib