DÜNYA


Demokratlar Hakim Ceffrisi Nümayəndələr Palatasının rəhbəri seçiblər

Demokratlar Hakim Ceffrisi Nümayəndələr Palatasının rəhbəri seçiblər

Vaşinqton, 1 dekabr, AZƏRTAC

Nümayəndələr Palatasının Nyu-Yorkdan olan üzvü Hakim Ceffris qanunverici orqanın yeni lideri seçilib və ABŞ Konqresində belə yüksək vəzifə tutan ilk Afrika mənşəli amerikalı kimi tarixə düşüb.

AZƏRTAC xəbər verir ki, 52 yaşlı Ceffris yekdilliklə seçilıb. Hakim Ceffris bu vəzifədə 2013-cü ildən Nümayəndələr Palatasında demokratların lideri olan və bu ayın əvvəlində növbəti sessiyada lider olmağa çalışmayacağını bəyan etmiş Nensi Pelosini əvəz edəcək.

Hakim Ceffrisin əsas müavini Nümayəndələr Palatasının üzvü, Massaçusets ştatından olan 59 yaşlı Ketrin Klark olacaq. Klark Demokratlar Partiyasının fraksiyasının sədr müavini kimi Ceffrisin yanında işləyib və spikerin köməkçisi vəzifəsinə qədər irəliləyib.

Senatda çoxluğun lideri Çak Şumer Ceffrisin bu vəzifəyə seçilməsini ABŞ Konqresi tarixində “dönüş anı” adlandırıb.

AZƏRTAC–ın Vaşinqton bürosu 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.