Dendrologiya İnstitutu “Bakı Elm Festivalı-2014” proqramı çərçivəsində sərgi təşkil edib
AzerTAg.az
Bakı, 11 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutu “Bakı Elm Festivalı-2014” proqramı çərçivəsində sərgi təşkil edib.
Dendrologiya İnstitutundan AZƏRTAC-a bildiriblər ki, sərgidə bu elm müəssisəsinin elmi-tədqiqat işlərinin nəticələri, layihələri nümayiş etdirilib. Burada Braziliya və Türkiyədən gətirilən, Abşeron şəraitində oranjereyada introduksiya olunmuş toxum nümunələrinin ekzopozisiyaları ilə yanaşı, nadir ağac növlərinin dendroxronoloji tədqiqatları və baş verən xəstəlikləri aşkar etmək üçün istifadə edilən aparatlar, qeyri-adi ekzotik otaq bitkiləri diqqəti cəlb edib.
Eyni zamanda, ekoturizmin inkişafı üzrə hazırlanan multimedia rolikləri, suvenirlər böyük maraqla qarşılanıb.
Xəbərin mətnində orfoqrafik səhv var