ELM VƏ TƏHSİL
Dendrologiya İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının yeni tərkibi müəyyənləşib
Bakı, 23 iyun, AZƏRTAC
İyunun 23-də AMEA Dendrologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclası giriş sözü ilə açan Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Aydan Rəsulova iştirakçılara Şuranın yeni tərkibi barədə məlumat verib.
İclasda Şuranın struktur tərkibində dəyişiklik edilib. 35 yaşadək gənc tədqiqatçılar Şuranın tərkibinə daxil edilib. Onlar yerli, beynəlxalq jurnal və konfranslar barədə məlumatdırılıb. Bundan başqa, Şuraya daxil edilən üzvlər AMEA Gənc Alimlər və Mütəxəssislər Şurasının “Gənc tədqiqatçı” jurnalı ilə tanış olublar.
Qeyd edək ki, Dendrologiya İnstitutunda 22 gənc tədqiqatçı fəaliyyət göstərir. Onlardan 1 nəfəri fəlsəfə doktoru, 3 nəfəri doktorant, 6 nəfəri isə dissertantdır.