ELM VƏ TƏHSİL


Dendrologiya İnstitutu: Xarici ölkələrdən alınan toxumlar təcrübə sahəsində əkilib

Bakı, 6 mart, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu dünyanın müxtəlif botanika bağları və institutları ilə əməkdaşlıq çərçivəsində müxtəlif toxum nümunələri əldə edib.

Dendrologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, Ağac kolların introduksiyası və iqlimləşdirilməsi laboratoriyasının əməkdaşları müqavilə əsasında Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Abşeron təcrübə sahəsində olublar. Laboratoriya əməkdaşları üçün ayrılan torpaq sahəsində tədqiqat işi aparılıb. Mübadilə yolu ilə xarici ölkələrdən alınan toxumlar təcrübə sahəsində əkilib.

Yerli kolleksiyadan toplanmış “Nandina Domestica”, “Amorpha phruticosa”, “Prosopis farcta Macbride”, “Melia azedarch”, “Ceratonia siliqua L”, “Spartium juncerum L” toxum növlərinin, eləcə də Ukrayna Botanika Bağından mübadilə yolu ilə alınmış yasəmən cinsindən və digər bitkilərin toxum növlərinin introduksiyası aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.