MƏDƏNİYYƏT
Dendrologiya İnstitutu əməkdaşının yeni kitabının təqdimatı olub
Bakı, 26 noyabr, AZƏRTAC
Noyabrın 26-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dendrologiya İnstitutunun elmi işçisi Tünzalə Arazlının “Dağılmış arzular” adlı kitabının təqdimatı olub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbiri giriş sözü ilə açan bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov müəllifin həyat və yaradıcılığından söhbət açıb. O qeyd edib ki, Tünzalə Arazlı torpağa, Vətənə və ən əsası valideynlərinə olan məhəbbətini bir çox şeirlərində aydın bir şəkildə oxucuya çatdırır.
Direktor Tünzalə Arazlını üçüncü kitabının işıq üzü görməsi münasibətilə təbrik edib.
İnstitutun digər əməkdaşları da bu təbrikə qoşularaq müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar.