ELM VƏ TƏHSİL


Dendrologiya İnstitutunda Azərbaycan meşələrinin növdaxili dəyişkənliyi tədqiq olunur

Bakı, 11 avqust, AZƏRTAC

Dendrologiya İnstitutunda Azərbaycan meşələrinin növdaxili dəyişkənliyi və populyasiya strukturu tədqiq olunur. Regionlarda növlərin populyasiya əsasında genofondunun saxlanılması yolları, ağac və kolların yeni dekorativ sort və formalarının bioekologiyası araşdırılır. İqlim dəyişkənliyinin flora biomüxtəlifliyinə, növlərin yayılması, arealı və miqdarına təsiri öyrənilir.

Bu barədə AZƏRTAC-a Dendrologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, Göygöl, Hirkan milli parkları, Lənkəran, Şəki ərazilərindən təbii və mədəni şəraitdə becərilən bəzi bitkilərin toxum nümunələri toplanılaraq Abşeron şəraitində inkişaf xüsusiyyətləri və prespektivliyini öyrənmək məqsədilə Dendrologiya Bağının meşə ekosistemləri laboratoriyasının təcrübə sahəsində əkilib. Əkilən bitki toxumlarının cücərtilərinə hərtərəfli aqrotexniki qulluq göstərilir. Aparılan elmi tədqiqat işlərinin yekunları göstərir ki, bölgələrdən gətirilərək təcrübə sahəsində əkilən bitki toxumlarının cücərtiləri Abşeronun torpaq-iqlim şəraitinə tam davamlıdır, cücərtilərin boy dinamikası izlənilib, yüksək cücərmə faizi əldə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.