Dendrologiya İnstitutunda bu ilin I yarısında aparılan elmi-tədqiqat işləri müzakirə edilib
AzerTAg.az
Bakı, 7 iyul, AZƏRTAC
AMEA-nın Dendrologiya İnstitutunda 2022-ci ilin I yarısında aparılan elmi-tədqiqat işləri və alınan nəticələr ilə bağlı Elmi şuranın növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Dendrologiya İnstitutunun baş direktoru vəzifəsini icra edən, biologiya üzrə fəlsəfə doktoru Samirə Bağırovanın sədrliyi ilə keçirilən iclasda şöbə və laboratoriyalarda yerinə yetirilən elmi-tədqiqat işlərinin yarımillik hesabatları təqdim olunub.
İnstitutda fəaliyyət göstərən 8 laboratoriya və 7 şöbənin müdirləri elmi və elmi-pedaqoji fəaliyyətləri, kadr hazırlığı, nəşr işləri, ezamiyyət və monitorinqlər haqqında geniş məlumat veriblər.
Aparılan işlər, mövcud problemlər ətraflı müzakirə olunub.


Xəbərin mətnində orfoqrafik səhv var