ELM VƏ TƏHSİL


Dendrologiya İnstitutunda çaytikanı və ənginar bitkiləri tədqiq olunub

Bakı, 4 avqust, AZƏRTAC

Dendrologiya İnstitutunun tədqiqat sahələrində becərilən çaytikanı və ənginar bitkilərinin bioekoloji xüsusiyyətləri, böyümə və inkişaf dinamikası, məhsuldarlığına ekoloji amillərin təsiri, tərkibindəki bioloji aktiv maddələrin öyrənilməsi məqsədilə elmi-tədqiqat işləri aparılıb.

Bu barədə AZƏRTAC-a Dendrologiya İnstitutundan məlumat verilib. Qeyd olunub ki, institutun bitki kolleksiyasında meyvələri vitaminlərlə zəngin olan çaytikanı və ənginar özünəməxsus yer tutur. Çaytikanı həm xalq təbabətində, həm də elmi təbabətdə geniş istifadə olunur. Müxtəlif xəstəliklərin müalicəsində onun çiçəkləri, meyvələri, yarpaqları, cavan zoğları, oduncağı, kökü faydalıdır.

Azərbaycanda 2 növü əkilib-becərilən ənginarın tərkibi isə sinarin qlükozidi, piyli və qatranlı maddələr, üzvü turşular, askorbin turşusu, azotlu maddələr, bitki yağları (doymuş və doymamış), mineral duzlar, vitaminlər və antioksidant maddələrlə zəngindir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.