ELM VƏ TƏHSİL


Dendrologiya İnstitutunda görkəmli rus şairi Sergey Yeseninin anadan olmasının 123-cü ildönümü qeyd edilib

Bakı, 4 oktyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunda görkəmli rus şairi Sergey Yeseninin anadan olmasının 123-cü ildönümünə həsr edilən ədəbi-musiqili tədbir keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə Rusiyanın ölkəmizdəki səfirliyinin nümayəndələri, Sergey Yesenin adına Azərbaycan-Rus Ədəbi Əlaqələri Mərkəzinin əməkdaşları və orta məktəb şagirdləri iştirak ediblər.

Mərasimdə Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşı Nəzakət İbadova S.Yeseninin zəngin yaradıcılığından, onun Bakı həyatı ilə bağlı tarixi faktlardan söhbət açıb.

Daha sonra şairin əsərlərindən nümunələr təqdim edilib, onun sözlərinə bəstələnən mahnılar ifa olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.