ELM VƏ TƏHSİL


Dendrologiya İnstitutunda iriçiçəkli nargülü bitkisi tədqiq olunub

Bakı, 13 avqust, AZƏRTAC

Dendrologiya İnstitutunda iriçiçəkli nargülü (Campsis grandiflora K. Schum) bitkisi tədqiq olunub.

Bu barədə AZƏRTAC-a Dendrologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, bitkinin Abşeron şəraitində çoxaldılması, dinamiki inkişafı, fenoloji inkişaf fazaları, meyvə əmələgətirmə biologiyası və yaşıllaşdırmada istifadəsi elmi əsaslarla öyrənilib. Tədqiqat zamanı yaşlı nüsxələr üzrə aparılan müşahidələrdə məlum olub ki, Abşeron şəraitində iriçiçəkli nargülü növünün yaşıl qələmlərlə, zoğlarla çoxaldılması, toxumla çoxaldılmadan daha məqsədyönlüdür. Nəticədə iriçiçəkli nargülü növü Abşeron şəraitinə uyğunlaşdırılıb, parkların, bağların yaşıllaşdırılmasında, şaquli əkinlərdə, canlı çəpərlərin salınmasında istifadəsi tövsiyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.