ELM VƏ TƏHSİL
Dendrologiya İnstitutunda keçiriləcək beynəlxalq konfransla bağlı müzakirələr aparılıb
Bakı, 29 noyabr, AZƏRTAC
Türkiyənin Karatay-Konya Beynəlxalq Təhsil və Elm Araşdırmaları Cəmiyyətinin (ISRES) nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunda olub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, konfransla bağlı Dendrologiya İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Tofiq Məmmədovla müzakirələr aparılıb və razılaşma imzalanıb.
Gələn ilin iyul ayında Dendrologiya İnstitutunda keçirilməsi nəzərdə tutulan beynəlxalq konfransda bütün elm sahələri üzrə tədqiqatçılar, alimlər və akademik fəaliyyətlə məşğul olan hər kəs iştirak edə bilər.
Qeyd edək ki, ISRES tərəfindən daha öncə Portuqaliya, Almaniya və Türkiyədə təhsil və sosial elmlərdə araşdırma üzrə beynəlxalq konfranslar təşkil edilib.