ELM VƏ TƏHSİL


Dendrologiya İnstitutunda yeni bitki növləri analiz olunub

Bakı, 9 avqust, AZƏRTAC

Dendrologiya İnstitutunda introduksiya (düşünülmüş və yaxud təsadüfi olaraq bitkilərin və heyvanların yaşayış yerinin dəyişdirilməsi) sahəsində aparılan tədqiqatlar çərçivəsində “Caraqana aurantiaca Koehno” və “Caraqana microphуlla Pall-Lam” növləri analiz edilib.

Bu barədə AZƏRTAC-a Dendrologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, tədqiqatda həmin növlərin introduksiyasının effektiv yolları, onların nəticələrinin tətbiqinin praktik istiqamətləri göstərilib. Müəyyən edilib ki, “Caraqana aurantiaca Koehno”, “Caraqana microphуlla Pall-Lam” növlərinin toxumları Abşeronun quru subtropik iqlim şəraitində yaxşı bitir, yəni Abşeronun quru subtropik iqlim şəraitinə uyğundur. Bu bitkilərin yaşıllaşdırmada istifadəsi məqsədəuyğundur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.