ELM VƏ TƏHSİL


Dendrologiya İnstitutunun əməkdaşları Abşeron ərazisində tədqiqat aparıblar

Bakı, 24 iyun, AZƏRTAC

AMEA-nın Dendrologiya İnstitutunun Sistematika laboratoriyasının əməkdaşları bitkilərin yayılma arealını və müxtəlifliyini, fitosenozların müasir növ tərkibini, quruluşunu, eyni zamanda, yeniliklərini öyrənmək üçün Buzovna–Bilgəh–Novxanı–Fatmayı–Goradil ərazilərində ekspedisiyada olublar.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, ekspedisiya zamanı 8 formasiya və onların birlikdə 25-ə yaxın assosiasiya, biotip və qruplaşmaları qeydə alınıb. Bu fitosenozların növ tərkibi və senotik quruluşu öyrənilib. Həmçinin tədqiqat zamanı Abşeronun flora konspektində hələ öz əksini tapmayan bitkilər aşkarlanıb.

Ekspedisiya zamanı bitkilərin fotoşəkilləri və videogörüntüləri çəkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.