ELM VƏ TƏHSİL


Dendrologiya İnstitutunun əməkdaşları Lənkəran bölgəsində ekspedisiyada olublar

Bakı, 10 avqust, AZƏRTAC

Dendrologiya İnstitutunun əməkdaşları - biologiya üzrə fəlsəfə doktoru Hüseynağa Əsədov, elmi işçi Mirməhəmməd Babayev Lənkəran bölgəsində elmi ekspedisiyada olublar.

Bu barədə AZƏRTAC-a Dendrologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, Lənkəran Regional Elm Mərkəzinin eksperimental sınaq sahəsində ən müasir cihazlardan istifadə etməklə professor Fərman Quliyev və mərkəzin əməkdaşları ilə bərabər eksperimental təcrübələr keçiriblər.

İnstitutun əməkdaşları elmi qurumun rəhbərliyi ilə bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair fəaliyyət planı çərçivəsində biomüxtəlifliyin öyrənilməsi üzrə birgə elmi tədqiqatların aparılmasına dair fikir mübadiləsi aparıblar. Ərazinin torpaq iqlim şəraitinə uyğun bitki növlərinin artırılması müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.