ELM VƏ TƏHSİL


Dendrologiya İnstitutunun əməkdaşları qoruq ərazisinin təbii dendroflorasını dəqiqləşdiriblər

Bakı, 8 noyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dendrologiya İnstitutunun əməkdaşları “Azərbaycan dendroflorası” kitabının IV-V cildlərinin hazırlanması məqsədilə Eldar Şamı Dövlət Təbiət Qoruğunda ekspedisiyada olublar.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, alimlər qoruğun Elmi-Tədqiqat Mərkəzində peyk və video çəkilişləri apararaq ərazinin təbii dendroflorasının müasir vəziyyətini, nadir və nəsli kəsilməkdə olan növləri, onların areallarını dəqiqləşdiriblər.

Ekspedisiya zamanı 24 bitki növündən 70 herbari və 12 növ toxum nümunəsi toplanaraq fonda əlavə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.