ELM VƏ TƏHSİL
Dendrologiya İnstitutunun əməkdaşları təcrübə sahəsində tədqiqat aparıblar





Bakı, 5 iyun, AZƏRTAC
Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun əməkdaşları Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Abşeron Təcrübə Stansiyasında olublar.
Dendrologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, təcrübə sahəsində paxlakimilərdən və xurma cinsindən bəzi növlərin Abşeron yarımadasında cücərtilərinin morfologiyası və vegetasiya dövründə böyüməsi, fenologiyası, yaşıllaşdırmada istifadəsi elmi əsaslarla araşdırılıb. Təcrübə sahəsində yaz fəslində səpilən toxumlar üzərində tədqiqat işləri aparılıb, bitkilərin cücərmə faizi, inkişaf dinamikası, iqlimləşdirilib çoxaldılması təhlil edilib.
Həmçinin Abşeron şəraitində introduksiya olunmuş növlərin bioekoloji xüsusiyyətləri, yerli şəraitdə adaptasiya imkanları və biomüxtəliflikdə rolu araşdırılıb. İntroduksiya edilən növlərin vegetasiya dövründə boy və inkişafının biometrik göstəriciləri öyrənilib. Bundan əlavə, qeyd olunan növlərin ədəbiyyat mənbələri, sistematik və botaniki təsviri, tibbi və qida əhəmiyyətliliyi öyrənilib.