ELM VƏ TƏHSİL


Dendrologiya İnstitutunun saytı yeni dizaynda istifadəyə verilib

Bakı, 21 iyun, AZƏRTAC

AMEA-nın Dendrologiya İnstitutunun dendrologiya.az saytının yeni dizaynda təqdimatı olub.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, sayt müəssisənin İctimaiyyətlə əlaqələr şöbəsinin təşkilatçılığı ilə hazırlanıb.

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, saytın idarəçisi Tünzalə Zeyvəliyeva çıxışında müxtəlif elmi bölmələri, institut haqqında və biologiya elminə aid informasiyalardan ibarət zəngin videoqalereyanı özündə əks etdirən portalda elmin, təhsilin, mədəniyyətin, işğaldan azad olunan Qarabağın inkişafına dair elmi və analitik materialların hazırlanmasının qarşıya qoyulan məqsəd olduğunu vurğulayıb. O bildirib ki, bu günə kimi saytda elmin populyarlaşdırılması istiqamətində, eləcə də institutun fəaliyyəti, elmi nailiyyətləri, keçirdiyi tədbirləri əks etdirən videoçarxlar, akademiyanın alim və mütəxəssislərinin aktual mövzularda müsahibələri işıqlandırılıb.

Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov isə qeyd edib ki, sayt Azərbaycanda dövlət tərəfindən elmdə aparılan islahatları, elmin inkişafı sahəsində əldə edilmiş nailiyyətləri obyektiv şəkildə işıqlandıran və təbliğ edən, AMEA-nın həyatında baş verən əlamətdar hadisələri, tarixi görüşləri əks etdirən dəyərli və etibarlı informasiya mənbəyidir. Onun sözlərinə görə, saytda dünya elminə böyük töhfələr bəxş etmiş azərbaycanlı alimlərin və xaricdə yaşayan görkəmli elm xadimlərimizin həyat və fəaliyyətinə dair məlumatlarla oxucular tanış ola bilər. İnstitut direktoru daha sonra öz tövsiyə və tapşırıqlarını verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.