ELM VƏ TƏHSİL
Dendrologiya İnstitutunun təcrübə sahəsində ekoloji təmiz kənd təsərrüfatı məhsulları yetişdirilir
Bakı, 6 iyul, AZƏRTAC
AMEA Dendrologiya İnstitutu tərəfindən bu elmi müəssisənin Abşeron rayonu Saray qəsəbəsindəki təcrübə sahəsində ekoloji təmiz kənd təsərrüfatı məhsulları, o cümləsən tərəvəz, bostan və dənli bitkilər yetişdirilir. Bu barədə Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov məlumat verib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, alim təsərrüfat əhəmiyyətli efir yağlı bitkilərin qruplaşdırılaraq sedafit xüsusiyyətlərinin təhlil edildiyini söyləyib. Həmçinin kənd təsərrüfatı əhəmiyyətli məhsuldar bitkilərin keyfiyyətli sortlarının seçilməsi məqsədilə Saray Dayaq Məntəqəsində 5 mindən çox dərman bitkisinin əkildiyini qeyd edib.
Qeyd edək ki, Saray Dayaq Məntəqəsində dərman əhəmiyyətli bitkilərin Abşeron torpaq-iqlim şəraitinə davamlılığı, bioloji, ekoloji və dekorativlik xüsusiyyətləri hərtərəfli elmi əsaslarla öyrənilib, “Cupressus L.”, “Thuja L.”, “Pinus L.” cinsinə aid növlərin əkilmiş toxumları əlverişli nəticə verib, 4 hektar ərazidə yumşaq buğda sortundan yüksək məhsul əldə edilib.