ELM VƏ TƏHSİL


Dendrologiya İnstitutunun təcrübə sahəsinə baxış keçirilib

Bakı, 19 iyun, AZƏRTAC

AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova, Biologiya və Tibb Elmləri Bölməsinin elmi katibi Afiq Məmmədov və Dendrologiya İnstitutunun direktoru Tofiq Məmmədov bu müəssisənin tabeliyindəki təcrübə sahəsində aparılan elmi tədqiqat işləri ilə tanış olublar.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Tofiq Məmmədov sahənin elmi potensialının gücləndirilməsi istiqamətində və gələcəkdə həyata keçiriləcək işlər haqqında məlumat verib. O bildirib ki, ərazidə əkilmiş 7 min ağac-kol bitkisinin, 4 hektar ərazidə əkilmiş yeni buğda növünün, 8 min ədəd rozmarin bitkisinin əraziyə uyğun boy dinamikasının, ağac-kol bitkilərinin yerli şəraitdə uyğunlaşma dərəcəsi təhlil edilib. Dörd hektar ərazidə əkilmiş buğda sortu vegetasiyasını tam başa çatdırmış yüksək toxum əmələ gətirmə qabiliyyətinə malik olduğu müəyyən edilib.

Monitorinq zamanı əkilən sahənin növbəti mərhələsi üçün müxtəlif müzakirələr aparılıb, müvafiq göstərişlər verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.