DÜNYA


Denis Şmıqal: Müharibə zamanı Ukraynaya dəymiş ziyan ÜDM-i 1,6 dəfə üstələyir

Kiyev, 29 sentyabr, AZƏRTAC

Rusiyanın başladığı müharibə nəticəsində Ukraynaya dəymiş ziyan artıq ölkəmizin ümumi daxili məhsulunu (ÜDM) 1,6 dəfə üstələyib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal keçirdiyi iclasda məlumat verib.

“İyun ayı üzrə itki ilə bağlı vəziyyət müəyyən edilib. Bu hesabata görə, dəymiş ziyan 350 milyard dollar təşkil edir. Təbii ki, bu məbləğ dövlətimizin ötən ilki ÜDM-dən 1,6 dəfə çoxdur”, - deyə o bildirib.

Şmıqal qeyd edib ki, ilk növbədə tez bir zamanda sosial və kritik infrastruktur, eləcə də qışa hazırlıq üçün maliyyə vəsaiti lazımdır.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.