ELM VƏ TƏHSİL


Dəniz Akademiyasında müəllimlər üçün təlimlər başlayıb

Bakı, 11 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) 2, 3 və 4-cü tədris ilində təhsil alan tələbələri 2020/2021-ci tədris ilinin payız semestrinə sentyabrın 15-dən etibarən distant formada başlayacaqlar.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, ötən semestrdə olduğu kimi, bu dəfə də məsafədən tədris Təhsil Nazirliyi tərəfindən tövsiyə edilən “Microsoft Teams” platforması üzərindən aparılacaq.

ADDA-nın rektoru Heydər Əsədovun imzaladığı əmrə əsasən, bu gündən etibarən 2 gün ərzində akademiyanın professor-müəllim heyəti üçün təlimlər keçirilir. Təlimin məqsədi ötən semestrdə “Microsoft Teams” platformasından istifadə zamanı müəllimlərin qarşılaşdığı problemləri müzakirə edərək onların aradan qaldırılması və yeni semestrdə təlim-tədris prosesinin məsafədən təşkili üçün bu platformanın imkanlarından daha səmərəli istifadə etməkdir.

Təlimlərin nəticələrinin qiymətləndirilməsi məqsədilə sentyabrın 14-də imtahan keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.