İQTİSADİYYAT


Dəniz Akademiyasının tələbələri beynəlxalq gəmiçilik şirkətinin tankerlərində təcrübə keçəcək

Bakı, 17 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri beynəlxalq gəmiçilik şirkətinin tankerlərində təcrübə keçəcək.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, ASCO-nun uğurla əməkdaşlıq etdiyi beynəlxalq şirkətlər sırasında “Columbia Shipmanagement Ltd” də önəmli yerlərdən birini tutur. Sözügedən şirkətlə imzalanan müqaviləyə əsasən, Gəmiçiliyin əməkdaşları mütəmadi “Columbia Shipmanagement Ltd”nin gəmilərində təcrübəyə göndərilir.

Layihə çərçivəsində növbəti seçimlər Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) baş tutub. Bu məqsədlə ASCO sədrinin müşaviri Titos Giannakaksis dördüncü kurs tələbələri arasında müsahibə aparıb. Müsahibə zamanı 15 tələbə ilk mərhələni keçib. Final müsahibəni isə fevralın 1-də “Columbia Shipmanagement Ltd”nin insan resursları və heyət üzrə direktoru Norman Schmiedl aparacaq.

Müsahibədən uğurla keçən namizədlər əvvəlcə “Columbia Shipmanagement Ltd”nin Gürcüstandakı nümayəndəliyində tanışlıq təliminə cəlb ediləcək, daha sonra onlar şirkətin gəmilərinə yollanacaq. Burada gənclər 3 aylıq müxtəlif ölkələrin nümayəndələrindən ibarət heyətlə işləyəcək, daha böyük tanker gəmilərinin iş prinsipi ilə yaxından tanış olacaq, dünyanın böyük limanlarına getmək imkanı qazanacaq.

Seçim prosesi zamanı iştirakçıların xarici dil bilikləri əsas götürülür.

Donanmalarını daim yeniləyən Gəmiçilik gələcəkdə bu kadrların əldə etdiyi təcrübədən bəhrələnmək niyyətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.