SİYASƏT


“Dəniz Kuboku - 2018” müsabiqəsinin mərhələ və epizodlarının icrası üzrə püşkatma mərasimi keçirilib VİDEO

Bakı, 31 iyul, Məhərrəm Əlioğlu, AZƏRTAC 

“Beynəlxalq Ordu Oyunları - 2018” çərçivəsində avqustun 1-dən 10-dək Xəzər dənizinin Azərbaycana məxsus hissəsində keçiriləcək “Dəniz Kuboku-2018” müsabiqəsinin mərhələ və epizodlarının icrası üzrə püşkatma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, püşkün nəticələrinə əsasən, müsabiqənin birinci epizodunun yerinə yetirilməsində komandaların növbə üzrə sıralanması müəyyənləşdirilib. Sıralanmaya görə, epizodun icrasına müvafiq ardıcıllıqla Rusiya, Qazaxıstan, İran və Azərbaycan təmsilçiləri başlayacaqlar.

Püşkatmanın nəticələrinə əsasən, müsabiqənin növbəti beş epizodunun yerinə yetirilməsində komandaların sıralanması da müəyyənləşib. “Gəminin lövbərə və çəlləyə dayanması” üzrə 1-ci epizodun icrasına Rusiya birinci, Qazaxıstan ikinci, İran üçüncü, Azərbaycan dördüncü başlayacaq. “Təlim məşq kompleksində suyun daxil olmasına qarşı mübarizə yarışı” üzrə 2-ci epizodu ardıcıllıqla İran, Rusiya, Azərbaycan və Qazaxıstan komandaları icra edəcəklər. “Xilasetmə vasitələrinin istifadəsi” üzrə 3-cü epizodun icrasına Azərbaycan birinci, Qazaxıstan ikinci, İran üçüncü və Rusiya dördüncü başlayacaq. “Kiçik dəniz hədəfi üzrə artilleriya atışı” üzrə 4-cü epizodun icrasını İran, Azərbaycan, Rusiya və Qazaxıstan ardıcıllıqla yerinə yetirəcək. “Hava hədəfi üzrə artilleriya atışı” üzrə 5-ci epizodun icrasına İran birinci, Rusiya ikinci, Qazaxıstan üçüncü və Azərbaycan dördüncü başlayacaq. “Üzən minanın məhv edilməsi” üzrə 6-cı və sonuncu epizodun icrası üzrə tapşırıqları Qazaxıstan, İran, Rusiya və Azərbaycan ardıcıllıqla yerinə yetirəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.