CƏMİYYƏT


“Dəniz Mall”da suyun əhəmiyyəti və mühafizəsinə həsr olunmuş tədbir keçirilib

Bakı, 23 mart, AZƏRTAC

22 Mart - Ümumdünya Su Günü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Dəniz Mall” ticarət və əyləncə mərkəzində suyun əhəmiyyəti və mühafizəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirin keçirilməsində məqsəd su resurslarından səmərəli istifadə və su ekosistemlərinin mühafizəsi məsələlərinə uşaqların, o cümlədən ictimaiyyətin diqqətini artırmaq olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, tədbir zamanı iştirakçılarla suyun həyati əhəmiyyəti, suya qənaət edilməsi ilə bağlı maarifləndirici söhbətlər aparılıb. Eyni zamanda, iştirakçılar su mənbələri, sudan səmərəli istifadə yolları ilə bağlı suallara cavab verərək ətraf mühitin mühafizəsi ilə bağlı müxtəlif kitablar əldə ediblər.

Tədbirdə iştirak edən daha kiçik yaşlı uşaqlar isə su ilə bağlı rəsmlər çəkərək suyun əhəmiyyətinə diqqəti yönəldiblər, məişətdə suya qənaət yolları barədə fikirlərini bölüşərək müxtəlif kitablar hədiyyə alıblar.

Unutmayaq ki, su gələcək nəsillərə verə biləcəyimiz ən gözəl mirasdır. Onu qoruyaq, su itkilərinə yol verməyək!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.