CƏMİYYƏT
Dəniz Nəqliyyatı İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin VI Qurultayının iştirakçıları Fəxri xiyabanı ziyarət ediblər
Bakı, 19 sentyabr, AZƏRTAC
Sentyabrın 20-də Bakıda keçiriləcək Dəniz Nəqliyyatı İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin VI Qurultayının iştirakçıları sentyabrın 19-da Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Qurultay iştirakçıları görkəmli müğənni, SSRİ-nin və Azərbaycanın Xalq Artisti Müslüm Maqomayevin xatirəsini yad edib, məzarı üzərinə gül dəstələri düzüb.
Sonra Şəhidlər xiyabanına gedən tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.